Xəbər lenti

ATV-nin əməkdaşı Bəxtiyar Fətullayevin 8 yaşlı övladı Hüseyn doğulandan bəri ağır xəstədir. Uşaq serebral iflici (Serebral Palsy) xəstəliyindən əziyyət çəkir. Ailə bu vaxta kimi onun müalicəsi üçün maddi baxımdan əllərində olan nə varsa, hamısını verib. Lakin indi hər şey tükənib. Ona görə də çıxış yolunu xeyirxah insanların mərhəmətində axtaran çarəsiz ata bir müddət öncə müraciət yaymışdı.

Lakin B.Fətullayevin sözlərinə görə, Hüseynin müalicəsiylə bağlı yardım kampaniyasına 1 aydan çoxdur başlanmasına baxmayaraq, lazım olan məbləğin çox cüzi hissəsi toplanıb - cəmi 3952 AZN. Uşağın İsrail və ya Çində əsaslı müalicəsi üçün isə azı 45-50 min ABŞ dolları lazımdır.

Ona görə də ikinci dəfə müraciət yaymaq məcburiyyətində qalan B.Fətullayev bu işdə jurnalistlərdən, idmançılardan, incəsənət adamlarından, dindarlardan yardım əllərini uzatmalarını xahiş edib:

 "Sözsüz, "dama-dama göl olar" desək də, yardım etmək gücündə olmayan insanlardan əsla incimirəm. Sizlərdən xahişim, bu statusumu mümkün qədər paylaşmağınızdır. Əziz həmkarlar, bəs siz dəstək olmasaz, Hüseynin problemini necə işıqlandıracağıq? - paylaşaq! Əziz idman jurnalistləri, hər zaman yanımda olmusuz, amma yenə də köməyinizə ehtiyacım var - paylaşaq!



Hörmətli idmançılar, "sağlam bədəndə sağlam ruh olar" deyirsiz. Elə isə Hüseynin də sağlam cana qovuşması üçün - paylaşaq! Hörmətli incəsənət adamları, bu statusu paylaşmaqla, hər hansı obraza girmək lazım gəlməyək. Öz insani keyfiyyətlərinizi göstərəcəksiz - paylaşaq! Dostluğumda xeyli sayda dindarlar var. Tez-tez Qurandan, peyğəmbərimizdən, Hz.Əli və Hz. Hüseyndən ibrətamiz kəlamlar gətirirsiz. Mən insanları savab əməllərə çağırışlarınızı alqışlayıram və özüm də statuslarınızı dönə-dönə oxuyuram. Amma inanın ki, Hüseynin müalicəsi üçün statuslarımı paylaşmağınız bu əməllərdən heç də az savab deyil, özü də söhbət HÜSEYN adından gedirsə. Bəlkə, hansısa Hacıların və ya digər xeyirsevər möminlərin qarşısına çıxar bu status - paylaşaq!

Dostlar, inanın, belə müraciətlər etmək bir valideyn üçün heç də asan deyil. Heç kimə bu duruma düşməyi arzulamıram. Amma həyatdır, heç kim belə hallardan sığortalanmayıb. Ən azı yaxşı əməllərimizlə sığortalana bilərik. Unutmayaq, söhbət ağrı-acılar içində qıvrılan və dərdini söyləyə bilməyən günahsız bir körpədən gedir. Videoda hər şey əks olunub. Hər ötən gün onun əleyhinə işləyir. Düşünəndə ki, onun mualicəsi üçün vaxt daralır və sən heç nə edə bilmirsən, onda adam havalanmaq səviyyəsinə çatır. Əziz dostlar, Hüseynin müalicəsinə biganə olmayın və paylaşın! Və inanın, etdiyiniz yaxşı əməllərin əvəzi sizə mütləq qayıdar!"

Bank rekvizitləri:

Bank Respublika ASC

Kod: 508182 VOEN 9900001901

M/h: AZ80NABZ01350100000000014944

SWİFT: BRESAZ22

ADI: Baxtiyar

SOYADI: Fatullayev

IBAN: AZ17BRES00380194400144786301

--------

MİLLİÖN terminalları ilə:

Bank Respublika ASC

Hesab nömrəsi (AZN): 380194400144786301

Hesab üzrə kod sözü: 09372782

Videonu izləmək üçün şəklə klikləyin://Milli.az

Telekanal əməkdaşı çətin vəziyyətdə -




Ana səhifəyə qayıt        Baxış: 463          Tarix: 16-01-2018, 21:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma