Xəbər lenti

"Zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanması bizi hiddətləndirir. Bu, Azərbaycana qarşı təhqirdir. Düşünürəm, Rusiya bu problemi qısa zamanda həll edəcək".

Bunu Report-a hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

O, Rusiyanın paytaxtı Moskva şəhərində ticarət mərkəzlərindən birindəki zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanmasına münasibət bildirərkən deyib ki, bu əməlin arxasında Azərbaycanı sevməyən qüvvələr dayanır: “Onlar yaxşı bilirlər ki, bu məsələ qıcıq yaradacaq. Onu da bilirlər ki, bu, uzunmüddətli qala bilməz və aradan qaldırılacaq. Azərbaycanın dövlət quruculuğunda, beynəlxalq aləmdə qazandığı uğurlar bunu istəməyən qüvvələrdə narahatlıq yaradır”.

A.Mirzəzadə qeyd edib ki, bu cür təxribatlar Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilməz: “Təxribatı törədənlərin məqsədi Azərbaycanda Rusiyaya qarşı narazılıq yaratmaqdır. Ola bilər, buna Rusiyadan yeni silahların alınması səbəb olub. Xaricdəki erməni diaspor dairələri bunu etməklə iki ölkə arasındakı dostluq münasibətlərini pozmağa çalışırlar. Çox istərdim ki, bu məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin və diaspor təşkilatlarının diqqətində olsun, bunu etməyə cəhd edənlər cəzalandırılsın. Problemin həlli uzanarsa, rəsmi müraciət edəcəyik. Amma əminəm ki, bu, elə bu gün həll ediləcək”.




Ana səhifəyə qayıt        Baxış: 427          Tarix: 23-01-2018, 12:45      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent