Xəbər lenti

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının fevralın 2-də keçirilməsi planlaşdırılır.

"Report"un xəbərinə görə, iclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasına 1000-dək müraciət daxil olub. Komissiyasının bu il yanvarın 30-da keçirilən ilk iclasında 100 müraciətə baxılıb. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.




Ana səhifəyə qayıt        Baxış: 478          Tarix: 31-01-2018, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma