Xəbər lenti

Son günlər yayılan məlumatlarda elektrik enerjisindən istifadəyə görə əvvəlki illərdə borclanan abonentlərin borclarının silinəcəyi bildirilir.

 "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, bu, təmsil etdiyi qurumun səlahiyyətində olan məsələ deyil: "Biz icraedici orqanıq. Göstərişləri icra edirik”.

Onun sözlərinə görə, elektrik enerjisindən istifadəyə görə borclu olanların sayı o qədər də çox deyil: "Belə bir məsələ gündəmdə deyil”.

Qeyd edək ki, ölkə prezidentinin göstərişinə əsasən, 2015-ci ilin noyabr ayına qədər Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min manat borcu silinmişdi/Modern.az




Ana səhifəyə qayıt        Baxış: 644          Tarix: 1-02-2018, 15:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma