Xəbər lenti

“Alpinistlərin axtarışı davam edir, amma axtarışlar hələ heç bir nəticə verməyib”.

Bu barədə Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi ərazidə yaradılan qərargahdan bildirilib.

Qeyd olunub ki, qərargah Mahmuddərə ərazisində yerləşir: “Ehtimal olunan hər yer axtarılır, axtarışlar üçün müxtəlif tərəflərə çıxılır. Təəssüf ki, nəticə yoxdur. Heyətə gəlincə, gündəlik say dəyişir. Kimsə yorulur, xəstələnir, o çıxarılır, əvəzinə başqa adam salınır. Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə də axtarışlar davam etdirilir”.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Quba rayonda dağlıq ərazidə “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə itkin düşüb. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır/Report.




Ana səhifəyə qayıt        Baxış: 608          Tarix: 6-02-2018, 13:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma