Xəbər lenti

“BAXCP artıq seçki platforması, hakimiyyətə və siyasi proseslərə münasibəti partiyanın mövqeyinə yaxın olan təşkilatlarla seçkilərdə iştirakla bağlı danışıqlar aparır. Yaxın 10 gün ərzində BAXCP-nin seçkilərə öz namizədi ilə gedəcəyi, yaxud başqa namizədi dəstəkləyəcəyi barədə qərarı elan olunacaq”.

“AzPolitika”nın məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev seçkiyə-qatılıb qatılmayacaqları haqda sualı cavablandırarkən belə deyib.

Q.Həsənquliyev bildirib ki, partiyanın seçkilərdə iştirakının forması və prezidentliyə namizədinin müəyyənləşməsi ilə bağlı yekun qərar BAXCP-nin seçkili orqanında – Ali Məclisdə veriləcək. “BAXCP daha çox siyasi partiyanın bir araya gəlməsində və seçkilərə vahid namizədlə qatılmasında maraqlıdır. Hesab edirik ki, Azərbaycanın ölkənin milli maraqlarından çıxış edən, yalnız və yalnız Azərbaycan xalqının iradəsinə söykənən, istiqlal məfkurəsinə, milli və bəşəri dəyərlərə, hüququn aliliyi prinsipinə sadiq olan, milli hədəflərdən sapmayan, millətin və dövlətin strateji hədəflərini, Azərbaycanın birliyi və bütövlüyünü siyasi maraqlarından üstün tutan güclü müxalifətə ehtiyacı var. Bunun üçün də siyasi partiyalar bir araya gəlməyi və güzəştə getməyi bacarmalıdırlar”.




Ana səhifəyə qayıt        Baxış: 419          Tarix: 7-02-2018, 16:49      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent