Xəbər lenti

Azərbaycanda şəhər, rayon icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyəti barədə müraciətlərin sayı 2017-ci ildə 2016-cı illə müqayisədə xeyli azalıb.

Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

O deyib ki, azalma əsasən Naxçıvan MR, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şirvan, Yevlax, Ağdam, Ağsu, Astara, Cəbrayıl, Cəlilabad, Gədəbəy, Goranboy, Xaçmaz, Xocalı, Qaradağ, Qəbələ, Qusar, Lerik, Masallı, Nəsimi, Saatlı, Samux, Səbail, Suraxanı, Şabran, digər şəhər və rayonlarda müşahidə olunub: “Buna baxmayaraq, bu mövzuda Balakən, Beyləqan, Binəqədi, Göyçay, Xəzər, İmişli, Qazax, Laçın, Sabunçu, Şamaxı, Tərtər, Tovuz, Ucar, Yasamal, Zaqatala və digər rayonlarda artım olub. Bələdiyyələrin fəaliyyəti vətəndaşların gündəlik tələblərinin yerinə yetirilməsində mühüm rol oynayır. Təəssüf ki, bələdiyyələr öz işlərini heç də həmişə lazımi səviyyədə qura bilmirlər”.

Şöbə müdiri xatırladıb ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən ədliyyə orqanları tərəfindən 67 mindən çox bələdiyyə aktı yoxlanılıb, qanunsuz qərarlar ləğv etdirilib, cinayət xarakterli pozuntularla bağlı 23 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış minlərlə hektar torpaq sahəsi geri qaytarılıb/Report.




Ana səhifəyə qayıt        Baxış: 528          Tarix: 14-02-2018, 16:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma