Xəbər lenti

Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədov İsmayıllı rayonunda ona məxsus olduğu iddia edilən evin yanması barədə yayılan xəbərlərə münasibət bildirib.

Strateq.az xəbər verir ki, Z. Məmmədov Sfera.az-a açıqlamasında deyib ki, onun evinin yanması barədə yazılan xəbərlər yalandır: Birincisi, yanğın gözlənilməz hadisədir. Yəni bu, hər kəsin başına gələ bilər. Digər tərəfdən isə mənim nə evim, nə də həyətim yanıb. Mənim heç nəyim yanmayıb. Kimin evi yanıbsa, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Bu, tam yalan və uydurma xəbərlərdir. Evim yanıbsa, gedib yoxlaya bilərlər. Bunu rayon İcra Hakimiyyətindən də çox asan öyrənə bilərlər. O zaman bilərlər ki, yanan ev mənə məxsus deyil".

Ziya Məmmədov daha sonra xəbərin necə yayılmasına belə cavab verib: "Bu, jurnalist dələduzluğudur. Buna başqa ad vermək mümkün deyil”.




Ana səhifəyə qayıt        Baxış: 561          Tarix: 20-02-2018, 17:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma