Xəbər lenti

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı – Heydər Əliyev prospekti – Buzovna dairəsinədək və Zığ dairəsi – Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi saatda 20 kilometr endirilib.

Bu barədə Azərtac-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Eyni zamanda, elektron lövhələrə “Sürüşkən yol” işarəsi qoyulub. Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

BNA sürücülərə yollardakı sürət həddinə əməl etmələrini tövsiyə edir.




Ana səhifəyə qayıt        Baxış: 611          Tarix: 21-02-2018, 14:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma