Xəbər lenti

 Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 2002-ci il 11 iyun tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.  

 

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilib.

 

Qeyd edək ki, bu vaxtadək fərdi təqaüdün məbləği 1300 manat olub.




Ana səhifəyə qayıt        Baxış: 752          Tarix: 22-02-2018, 21:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma