Xəbər lenti

 

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün birgə fəaliyyət planına əsasən, hərbi birliklər və qoşun növlərində tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə çıxış edənlər milli mənəvi dəyərlərimizin qorunmasında dövlətimiz tərəfindən görülən tədbirləri, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində dinin rolunu, radikalizmi doğuran səbəblər və onunla mübarizə üsullarını qeyd ediblər. Çıxışlarda bu istiqamətdə aparılan maarifləndirmə işinin önəmi şəxsi heyətin diqqətinə çatdırılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filminə kütləvi baxışdan sonra hərbi qulluqçular filmdə qaldırılan məsələləri müzakirə edərək fikir və təkliflərini səsləndiriblər.




Ana səhifəyə qayıt        Baxış: 548          Tarix: 24-02-2018, 22:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma