Xəbər lenti

 Bu gün səhər saatlarında metronun hərəkətində ləngimə müşahidə edilib. Ləngimə səbəbindən, demək olar ki, bütün stansiyalarda sıxlıq yaşanıb. Problem hərəkətin pik vaxtında baş verdiyi üçün sıxlığın həcmi daha da artıb. İşə, məktəbə tələsən insanlar dəqiqələrlə yubanmalı olublar. 

"Bakı Metropoliteni" QSC Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Nəriman Nərimanov stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən, qatarların hərəkət intervalında gecikmə baş verir.

"Hazırda Koroğlu və 20 Yanvar metro stansiyasında sıxlıq müşahidə edilir. Nasazlığı aradan qaldırmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik", — deyə N.Paşayev bildirib.







Ana səhifəyə qayıt        Baxış: 625          Tarix: 5-03-2018, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma