Xəbər lenti

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 15-də, saat 11.00-dan Salyan şəhərində, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin binasında vətəndaşların qəbulunu keçirəcək.

Nazirlikdən bildirilib ki, qəbulda Salyan, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 858          Tarix: 12-03-2018, 14:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma