Xəbər lenti

Nazirlər Kabineti "Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Strateq.az xəbər verir ki, bu barədə Baş nazir Artur Rasi-zadə qərar imzalayıb.

Qərara görə, Prezident İlham Əliyevin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 3 mart 2018-ci il tarixli sərəncamına əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları artırılıb.

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

Onu da qeyd edək ki, bu fond prezidentin sərəncamı ilə yeni yaradılıb.

Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla)
İcraçı direktor 1265
İcraçı direktorun müavini 985
Şöbə müdiri, baş mühasib 649
Baş məsləhətçi 451
Aparıcı məsləhətçi 429
Məsləhətçi 418
Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis 220
Sürücü 242
Xadimə 171

 




Ana səhifəyə qayıt        Baxış: 622          Tarix: 29-03-2018, 12:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma