Xəbər lenti

Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Korin Yonkeri qəbul edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

***

Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edib.

Söhbət zamanı Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.

 




Ana səhifəyə qayıt        Baxış: 640          Tarix: 30-03-2018, 12:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma