Xəbər lenti

Dünəndən etibarən əsasən Bakı və Abşeron yarmadasında müşahidə edilən güclü külək bu gün gündüz saatlarından mülayimləşəcək.

Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, ötən gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsib, küləyin sürəti 18-23, arabir 25-30 m/s olub, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənib.

 




Ana səhifəyə qayıt        Baxış: 616          Tarix: 31-03-2018, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma