Xəbər lenti

Qoşulmama Hərəkatı dünyada sülhün qorunmasında muhum rol oynayır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu Hərəkatın yeni üzvüdür: “2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv qəbul olunub. Qoşulmama Hərəkatının üzvləri Azərbaycana BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən də dəstək veriblər”.

İlham Əliyev bildirib ki, Azərbaycan torpaqları 20 ildir ki Ermənistanın işğalı altındadır: “Dünya qəbul edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik təmizləmə aparılıb. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Dünyanın bir sıra ölkələri bu soyqırımı tanıyıb. Xocalı soyqırımı insanlığa qarşı bir cinayət idi”.

Trend

 




Ana səhifəyə qayıt        Baxış: 736          Tarix: 5-04-2018, 12:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma