Xəbər lenti

Azərbaycan Milli Məclisinin Gənclər və İdman Komitəsinə yeni sədr seçiləcək.

“Report” xəbər verir ki,  komitə sədri Fuad Muradov Prezident İlham Əliyevin sərəncamı ilə diasporla iş üzrə dövlət komitəsinin sədri təyin edildiyindən deputat mandatından məhrum ediləcək.

Komitədə F.Muradovdan başqa 11 deputat təmsil olunub. Bunlar Ülvi Zahid oğlu Quliyev, Adil Abış oğlu Əliyev, Elşad Eldar oğlu Həsənov, Kamran Telman oğlu Nəbizadə, Mahir Tapdıq oğlu Abbaszadə, Naqif Ələşrəf oğlu Həmzəyev, Rauf Asif oğlu Əliyev, Rövşən Şükür oğlu Rzayev (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib), Sevinc Əmirəhməd qızı Hüseynova, Şahin Əmir oğlu İsmayılov, Əli Məhəmməd oğlu Hüseynlidir.

 




Ana səhifəyə qayıt        Baxış: 840          Tarix: 24-04-2018, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma