Xəbər lenti

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 9-cu beynəlxalq görüşü çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi “Şərəf” ordeni ilə təltif edib.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Təhlükəsizlik Şurasının sədri Yevgeni Anoşin bildirib.

“Nikolay Patruşev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə görüşdə Ramiz Mehdiyevə Rusiya prezidentinin sərəncamına əsasən, “Şərəf” ordeni təqdim edib”, – Y.Anoşin deyib/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 885          Tarix: 26-04-2018, 13:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma