Xəbər lenti

“Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası” adlı təkrar müsabiqə elanı ləğv edilib.

Bu barədə nazirliyin rəsmi intenet səhifəsində elan yerləşdirilib.

Elanda bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 aprel 2018-ci il tarixdə “Azərbaycan qəzeti”ndə və Nazirliyin rəsmi internet səhifəsində verilmiş “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası” adlı təkrar müsabiqə etibarsız hesab edilsin.

Müsabiqə haqda elan Səlim Müslümov nazir vəzifədən azad olunmazdan bir gün əvvəl verib/Teleqraf.com.

Qeyd edək ki, Prezident ilham Əliyevin aprelin 21-də imzaladığı sərəncamına əsasən, Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təyin olunub.

 




Ana səhifəyə qayıt        Baxış: 829          Tarix: 26-04-2018, 14:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma