Xəbər lenti

Paytaxtın Yusif Səfərov küçəsində yerləşən hündürmərtəbəli binada baş verən yanğın barədə məlumat saat 12:10-da Fövqəladə Hallar Nazirliyinin “Qaynar xətti”nə daxil olub. Yanğın üç saatdan artıq davam edib və hazırda tam söndürülüb.

Azərtac xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

E.Mirzəyev bildirib ki, yanğının söndürülməsinə 25 texnika və 100-dək canlı qüvvə cəlb edilib. Şəhərin avtomobil yollarında yaranan tıxac iri texnikaların yanğın yerinə yaxınlaşmasına çətinlik törədib. Hazırda yanğının ilkin səbəbləri araşdırılır.

“Yanğın əsasən binanın 18-ci mərtəbəsindən yuxarıda baş verib. Hazırda soyutma işləri aparılır. Yanğınsöndürənlər arasında zəhərlənən, eləcə də hadisə zamanı xəsarət alan olmayıb. Bəzi saytlarda guya kiminsə yanğından xilas olmaq üçün özünü binadan atması barədə məlumatlar verilib ki, bütün bu informasiyalar tam əsassız və yalandır”, – deyə nazir müavini qeyd edib.

 




Ana səhifəyə qayıt        Baxış: 789          Tarix: 28-04-2018, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma