Xəbər lenti

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Xarici Təqaüd Proqramının şərtləri və qaydalarına dəyişiklik edilib..

“Report”un şirkətə istinadən verdiyi xəbərə görə, bu ildən etibarən SOCAR-ın Xaricdə təhsil proqramı yalnız şirkətdə işləyən gənc mütəxəssislər üçün nəzərdə tutulub.

Qeyd edək ki, SOCAR-ın Təqaüd Proqramı 2006-cı ildə təsis edilib. Proqram çərçivəsində hər il 50-ə yaxın gəncin SOCAR-ın vəsaiti hesabına xarici ölkədə təhsil almasına imkan yaradılır. SOCAR təqaüdü təhsil haqqı, vizaların alınması, tibbi sığorta, yaşayış, nəqliyyat xərcləri və s. daxil olmaqla bütün xərcləri əhatə edir.

 




Ana səhifəyə qayıt        Baxış: 688          Tarix: 1-05-2018, 17:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma