Xəbər lenti

3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin direktoru Seymur Aydın oğlu Mövlayev işdən çıxarılıb.

“Report” xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev əmr imzalayıb.

Onun yerinə hələlik təyinat olmayıb.

***

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında “Aqrolizinq” ASC-yə yeni sədr təyin olunub.

“Report” xəbər verir ki, bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb. Əmrə görə, Seymur Aydın oğlu Mövlayev “Aqrolizinq” ə sədr təyin edilib.

Xatırladaq ki, Seymur Mövlayev 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin direktoru vəzifəsində çalışıb

 




Ana səhifəyə qayıt        Baxış: 1 016          Tarix: 2-05-2018, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma