Xəbər lenti

Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirilir.

“Report”un xəbərinə görə, iclasda Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatı müzakirə olunur.

Komitə iclasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov da iştirak edir.

Xatırladaq ki, sənədin parlamentin mayın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılaraq qəbul ediləcəyi gözlənilir.

 




Ana səhifəyə qayıt        Baxış: 686          Tarix: 2-05-2018, 16:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma