Xəbər lenti

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.

Bu barədə Trend-ə Penitensiar Xidmətdən məlumat verilib.

Qeyd olunub ki, H.Əlixanov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib: “Hüseyn Əlixanovun 65 yaşı tamam olmuşdu, ona görə də təqaüdə göndərilib”.

 Hələ bu vəzifəyə təyinatın olmadığı bildirilib.

Xatırladaq ki, H.Əlixanov 2007-ci ildən Penitensiar Xidmətinin rəis müavini vəzifəsində çalışır.

 




Ana səhifəyə qayıt        Baxış: 892          Tarix: 3-05-2018, 15:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma