Xəbər lenti

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 26-da Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, vətəndaşlar nazirliyin səlahiyyətlərinə və əməkdaşlarının fəaliyyətinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 




Ana səhifəyə qayıt        Baxış: 779          Tarix: 5-05-2018, 14:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma