Xəbər lenti

Vergilər Nazirliyi vergilərdən yayınan sahibkarlara qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Nazirliyin Vergi siyasəti və Strateji Araşdırmalar Departamentinin baş direktorunun müavini Nicat İmanov deyib.

N.İmanovun sözlərinə görə, vergidən yayınanlara qarşı bütün zəruri tədbirlər tətbiq olunacaq:

“Bu, Vergi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub. Dəyişiklilər artıq hazırlanıb və idarələrarası müzakirəyə təqdim olunub. Bildiyiniz kimi, ötən il biz məcəllədə dəyişiklik etməmişik. Amma bu il çox sayda dəyişiklik planlaşdırırıq”.

Nazirlik rəsmisinin sözlərinə görə, bir sıra dəyişikliklər vergi ödəyicilərinin hüquqlarının qorunmasına yönəldilib:

“Bu gün əsas vəzifə Azərbaycanda uçot sisteminin təkmilləşdirilməsidir. Biz həmçinin elektron texnologiyaların istifadəsini genişləndirməklə vergi auditinin sayını azaltmaq istəyirik. Vergi orqanlarının qarşısında duran digər bir vəzifə kiçik biznesin inkişafını gücləndirmək üçün onların vergi yükünü azaltmaqdır”.

 




Ana səhifəyə qayıt        Baxış: 700          Tarix: 5-05-2018, 17:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma