Xəbər lenti

“Exo” qəzetinin və echo.az saytının təsisçisi və baş redaktoru Rauf Talışinski 62 yaşında vəfat edib.

Strateq.az xəbəır verir ki, o, bu gecə infarkt keçirib…

Xatırladaq ki, Rauf Talışinski 16 Noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

“Molodyoj Azerbaydjana”, “Vışka” və “İzvestiya” kimi qəzetlərdə çalışıb. 1990-cı ildən “Ayna”/ “Zerkalo” qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb.

Rauf Talışinski 27 Yanvar 2001-ci ildən “Exo” qəzetinin baş redaktoru olub. O, jurnalistikanın inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

 




Ana səhifəyə qayıt        Baxış: 840          Tarix: 8-05-2018, 15:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma