Xəbər lenti

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının Ermənistan-Azərbaycan sərhədində 6 xarici ölkə vətəndaşının saxlanılması barədə yaydığı məlumata reaksiya verib.

Strateq.az bildirir ki, Müdafiə Nazirliyindən onlarda belə bir məlumat olmadığını bəyan edilib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan özünün “Facebook” səhifəsində ötən gecə Ermənistan-Azərbaycan sərhədində 6 xarici ölkə vətəndaşının saxlanılması barədə yazıb.

 




Ana səhifəyə qayıt        Baxış: 661          Tarix: 8-05-2018, 17:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma