Xəbər lenti

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin müalicəsi başa çatıb, hazırda özünü yaxşı hiss edir.

Müsavat Partiyasının başqanı Arif Hacılı “Report”a açıqlamasında deyib ki, hazırda İsa Qəmbərin səhhətində hər hansı fəsadlar mövcud deyil.

O bildirib ki, İ.Qəmbər növbəti həftə tam fəaliyyətə başlayacaq: “Özünü yaxşı hiss edir. Həkimlərin dediyinə görə, indi xüsusi müayinə və müalicə kurslarına ehtiyac yoxdur”.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Orada İ.Qəmbərin ürəyinə stentlər qoyulub. O, fevralın 23-də yenidən Mərkəzi Klinikaya aparılıb. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib. Daha sonra isə İ.Qəmbər Müsavat Partiyasının başqanı Arif Hacılının və Mərkəzi Klinik Xəstəxanasının həkiminin müşayiəti ilə Türkiyənin paytaxtı Ankara şəhərindəki “Hacettepe” xəstəxanasına yerləşdirilib. O, “Hacettepe” xəstəxanasından martın 14-də buraxılıb və Bakıya qayıdıb. İ.Qəmbər müalicəsini davam etdirmək üçün aprelin 4-də Almaniyaya gedib. Almaniyada müalicə olunan Müsavat Partiyasının sabiq başqanı Bakıya mayın 6-da dönüb.

 




Ana səhifəyə qayıt        Baxış: 698          Tarix: 12-05-2018, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma