Xəbər lenti

Əfqanıstanın mərkəzində radikal “Taliban” hərəkatının silahlıları ilə baş verən  qarşıdurmalarda azı 20 polis, o cümlədən mahalın polis rəisi ölüb.

“İnterfaks” xəbər verir ki, bu barədə Qəznə vilayətinin səlahiyyətli şəxsləri bildiriblər.

Silahlılar dünən gecə eyni anda Caqatu, Deh-Yak, Acristan, Qiro mahallarında, eləcə də Qəznə vilayətinin inzibati mərkəzi olan eyniadlı şəhərdə hökumət qüvvələrinin mövqelərinə hücum ediblər.

Əyalət şurasının üzvü Nasir Əhməd Fakirinin verdiyi məlumata görə, Deh-Yak mahalının polis bölməsinin rəisi Fayz Məhəmməd Tofan və çevik polis alayının komandiri Hacı Bərəkət ölən 20 polis əməkdaşı arasında olub/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 374          Tarix: 22-05-2018, 15:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma