Xəbər lenti

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

APA-nın məlumatına görə, sərəncam ümumilikdə 634 nəfərə şamil olunub. Məhkumlardan 607-si azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub. Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib.

 

 




Ana səhifəyə qayıt        Baxış: 655          Tarix: 25-05-2018, 13:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma