Xəbər lenti

Azərbaycanın tarixində önəmli rol oynamış Bakıxanovlar nəslinin görkəmli təmsilçisi, fədakar ziyalı, AR Kosmik Tədqiqatlar İnstitutunun keçmiş əməkdaşı Arifə xanım Bakıxanova qəti şəkildə əmindir ki, Azərbaycan sovet dönəmində kosmosun fəthində önəmli rol oynayıb.

Bakıxanovanın Strateq.az-a dediyinə görə, təəssüf ki, tariximizin bu mühüm səhifəsinin işıqlandırılması və gələcək nəsillərə çatdırılması üçün əməli işlər yox dərəcəsindədir.

Onun bu yöndə öz keçmiş həmkarlarına müraicətini oxucularımıza təqdim edirik:

“Keçmiş Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi üzrə əziz həmkarlarımız!

Hamınızı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Allah hamınıza cansağlığı və yaxşı təşəbbüslərinizdə uğurlar bəxş etsin.

Biz – sizin keçmiş həmkarlarınız – Azərbaycan Kosmonavtikası Muzeyi yaratmaq istəyirik. Çox xahiş edirəm ki, bu yöndəki məsləhət və düşüncələrinizi bizimlə bölüşəsiniz, həmçinin gələcək muzeyə hansı eksponatlar təklif edə biləcəyiniz haqda düşünəsiniz.

Szi çox gözəl bilirsiniz ki, Azərbaycan Rusiya və Qazaxıstanla birlikdə sovet kosmonavtikasının inkişafını stimullaşdıran əsas respublikalardan biri olub. Və biz əminik ki, gələcək muzey bu tarixi faktı indiki və gələcək nəsillərə bir daha nümayiş etdirəcək.  

Sizə əvvəlcədən təşəkkür edirik”.

 




Ana səhifəyə qayıt        Baxış: 281          Tarix: 16-06-2018, 13:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma