Xəbər lenti

Bu gün səhər saatlarından etibarən Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb.

Tıxacın yaranmasına Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq sözügedən istiqamət üzrə hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması səbəb olub.

Hazırda Sumqayıt-Bakı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Həmin yolda nəqliyyatın çox aşağı sürətlə hərəkət etdiyi bildirilir.

Məlumata görə, Sumqayıt-Bakı istiqamətində tıxac Bakının əsas küçə və prospektlərində, xüsusi ilə Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olub. (APA)

 




Ana səhifəyə qayıt        Baxış: 677          Tarix: 27-06-2018, 12:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma