Xəbər lenti

Quba rayonunda bədbəxt hadisə baş verib.

Qubadakı hotellərdən birində  kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.

Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

 




Ana səhifəyə qayıt        Baxış: 602          Tarix: 9-07-2018, 17:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma