Xəbər lenti
7-03-2019, 22:48

Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinə iki sədr müavini təyin edib.

Bununla bağlı verilən sərəncamlara əsasən, Rəşad Məcnun oğlu Mafusov və Balarəhim Mirzəağa oğlu Quliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin olunublar.

Qeyd edək ki, Rəşad Məcnun oğlu Mafusov 24 avqust 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Ticarətin və istehlak kooperasiyasının iqtisadiyyatı və idarə edilməsi ürə bakalavr və Biznesin idarə edilməsi – Maliyyə və Kredit üzrə magistr (MBA) elmi dərəcəsi alıb.

Əmək fəaliyyətinə 1998-ci ildə “Azəriqaz” QSC-də başlayıb. 2004-2006-cı illərdə “Azərnəqliyyatbank” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2006-2017-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi sistemində fəaliyyət göstərib. Azərbaycan hökuməti ilə Dünya Bankının birgə həyata keçirdiyi “Səhiyyə Sektorunda İslahatlar Layihəsi”nin direktoru, Analitik Ekspertiza Mərkəzində direktor müavini, Qlobal Fond tərəfindən maliyyəşdirilən HİV/AİDS, vərəm və malyariya ilə mübarizə layihəsi”nin direktoru və Tibb texnikasının təmiri və quraşdırma baza zavodunun direktoru vəzifələrində çalışıb. 2013-2015-ci illərdə Nazirliyin “Özəl tibb müəssisələrinin Lisenziyalaşdırılması” komissiyasına rəhbərlik edib.

2017-ci ildən 2018-ci ilin fevral ayınadək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda Maliyyə şöbəsinin rəisi vəzifəsində çalışıb. 2018-ci ilin fevral ayından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri vəzifələrində işləyib.

Balarəhim Mirzəağa oğlu Quliyev isə 25 dekabr 1967-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Qidalanma Gigiyenası üzrə sanitariya həkimi ixtisası istiqamətində Azərbaycan Dövlət Tibb Universitetində alıb.

1992 – 2005 ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzində Qida gigiyenası həkimi vəzifəsində çalışıb. 2005 – 2010 cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2010–2014-cü illərdə özəl tibb şirkətində biznesin inkişafı üzrə menecer və direktor müavini vəzifəsində çalışıb.

2014-2015-ci ilin aprel ayınadək Suraxanı Tibbi Bərpa Mərkəzində direktor işləyib. 2015-ci ilin aprel ayından 2018-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində rəis müavini vəzifəsində çalışıb. 21 yanvar 2018-ci il tarixindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və Dövlət Nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, dövlət qulluğunun kiçik müşaviridir.

APA

 




Ana səhifəyə qayıt        Baxış: 140          Tarix: 10-07-2018, 16:07      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar