Xəbər lenti

“Britiş Eirveys” (“British Airways”) aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin sol mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə 12 iyul səhər saat 05:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib.

Azərbaycan Hava Yolları QSC-dən verilən məlumata görə, göyərtəsində 214 nəfərin (197 sərnişin və 17 uçuş heyətinin üzvü) olduğu Boeing-777 təyyarəsi Londondan (Böyük Britaniya) Mumbay (Hindistan) şəhərinə BAV-199 nömrəli aviareysi həyata keçirirdi.

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılmışdır. Təyyarə Bakı vaxtı ilə saat 06:29-da uğurlu eniş edib, xəsarət alan yoxdur.

Sərnişinlər hava limanının tranzit zonasında yerləşdirilib, onlara yemək və içkilər təqdim edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 736          Tarix: 12-07-2018, 15:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma