Xəbər lenti

“Saytlarda, mətbuat orqanlarında yer alan xəbər və məlumatları arxivləşdirmək lazımdır”.

“Report” xəbər verir ki, bunu AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova “AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” adlı tədbirdə deyib.

O, saytların arxivlərinin MEK-lə birləşdirilməsini təklif edib. Direktorun sözlərinə görə, bəzi saytların yaddaş imkanı az olur: “Müəyyən müddət keçdikdən sonra köhnə materiallar oradan silinir, müəlliflər və ya oxucular istədiyi hər hansı bir yazını tapa bilmirlər. Bu səbəbdən təklif edirəm ki, fondlarımızı birləşdirək”.

 




Ana səhifəyə qayıt        Baxış: 391          Tarix: 18-07-2018, 14:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma