Xəbər lenti
Dünən, 20:40

 

Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həmin avtomobil yolunun layihəsi altına düşən torpaq sahələri alınacaq. 

 

APA-nın məlumatına gər, Nazirlər Kabineti bununla bağlı "Torpağın dövlət ehtiyacları üçün alınması barədə" qərar verib.

 

Qərara əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb ki, alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılsın, yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun həyata keçirilməsini təmin etsin, yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlak və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Nazirlər Kabinetinə təqdim etsin.

 

Maliyyə Nazirliyinə Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının maliyyələşdirilməsini təmin etmək tapşırılıb. 




Ana səhifəyə qayıt        Baxış: 63          Tarix: 24-07-2018, 10:35      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent