Xəbər lenti

 İyulun 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

DTX-nin ictimai əlaqələr şöbəsindən virtualaz.org-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, DTX-nin rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoyublar.

Sonra Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.

Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərov dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından buraxılış münasibətilə Akademiyanın şəxsi heyətini təbrik edərək xidmətdə uğurlar arzulayıb. O, ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali tədris ocağını bitirmiş gənc zabitlərin əldə etdikləri xüsusi bilikləri Vətənin müstəqilliyinin və təhlükəsizliyinin təmin olunması istiqamətində uğurla tətbiq edəcəklərinə, Ali Baş Komandanın sədaqətli və etibarlı əsgərləri olacaqlarına əminliyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 174          Tarix: 25-07-2018, 10:08      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent