Xəbər lenti

Zaqatalada 36 yaşlı kişi itkin düşüb.

Trend-in FHN-in sytına istinadən verdiyi məlumata əsasən, iyulu 24-də saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlu 21 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

Q.İbrahimovun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin “Mi-17” helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.​

 




Ana səhifəyə qayıt        Baxış: 468          Tarix: 25-07-2018, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma