Xəbər lenti

 Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Azərbaycana gəlib.

"Report"un verdiyi xəbərə görə, o, "Jara" Beynəlxalq Festivalında iştirak edir.

M.Zaxarova rusiyalı şou-biznes ulduzları ilə birgə festivalın açılışında qırmızı xalça üzərindən keçib.

Rusiya XİN-in sözçüsü deyib ki, o, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri ilə müzakirələr aparmaq üçün Bakıya gəlib və müzakirələr sabah keçiriləcək.

"Bu gün Bakıda keçirilən festivaldan çox məmnunam", - M.Zaxarova bildirib.




Ana səhifəyə qayıt        Baxış: 657          Tarix: 26-07-2018, 20:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma