Xəbər lenti

 Azərbaycanın xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Xəyyam Mirzəzadə vəfat edib.

Virtualaz.org-un məlumatına görə, uzun sürən xəstəlikdən əziyyət çəkən X.Mirzəzadə öz evində dünyasını dəyişib.

Qeyd edək ki, Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə musiqi bəstələyib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, görkəmli bəstəkarla vida mərasimi iyulun 31-də saat 12-dən 14-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcək.

O da məlum olub ki, X.Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq.




Ana səhifəyə qayıt        Baxış: 776          Tarix: 30-07-2018, 21:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma