Xəbər lenti

Dövlət Gömrük Komitəsi (DGK) iş adamlarına müraciət edib.

Komitənin mətbuat xidmətindən bildirilib ki, Qurban bayramı ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində avqustun 22-si və 23-ü qeyri-iş günləri olmasına baxmayaraq avqustun 23-də Bakı Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi və Enerji Gömrük İdarəsi tam iş günündə fəaliyyət göstərəcək. İdxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamlarının müraciətləri əsasında mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçiriləcək.

 




Ana səhifəyə qayıt        Baxış: 585          Tarix: 18-08-2018, 16:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma