Xəbər lenti

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Tərtər rayonunda reyd keçirib.

Reyd zamanı avtomobilə əlavə konstruksiya quraşdıran, ötmə əməliyyatını düzgün yerinə yetirməyən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən və təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə cərimələr tətbiq olunub. Yaşayış məntəqlərinə yaxın olan ərazidə yüksək sürətlə hərəkət edən sürücülər barəsində də inzibati qaydada cərimə protokolu tərtib edilib.

Reyd zamanı ümumilikdə 30 avtomobilin sürücüsü cərimələnib. Yol polisinin keçirdiyi rey zamanı qaydaları pozan bəzi sürücülər, cəzadan yayınmağa çalışblar/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 409          Tarix: 28-08-2018, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma