Xəbər lenti

Baş nazir Novruz Məmmədov “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərara dəyişiklik edib.

Strateq.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarın adına və 1-ci hissəsinin birinci abzasına “işçilərinin” sözündən sonra “(dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla)”sözləri əlavə edilib.

Yəni təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normaları dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərə şamil edilməyib.

Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normaları aşağıdakı kimi müəyyən edilib:

-məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı – 30 saat;

-bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü – 12 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır);

-ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı – 24 saat;

-ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü – 500 saatdan az olmamaqla (bu zaman ali təhsil müəssisələrində mühazirə, seminar, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 60 faizindən, orta ixtisas təhsili müəssisələrində nəzəri, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi isə illik dərs yükünün 80 faizindən az olmamalıdır).

 




Ana səhifəyə qayıt        Baxış: 403          Tarix: 30-08-2018, 13:18      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent