Xəbər lenti

 

Bir müddət əvvəl şadlıq evləri və restoran sahiblərinə təmizləyici qurğuların quraşdırlması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıq edilmişdir. Ancaq həmin xəbərdarlıqlara əksər restoranlarda əməl edilməyib. Bu məqsədlə nazirlik Bakı şəhər İcra Hakimiyyəti ilə birgə reydlərə başlayıb.

Ovqat.com-un məlumatına görə, Binəqədi rayonu ərazisində keçirilən reyd zamanı bəzi restoranların atmosferi ciddi şəkildə çirkləndirdiyi məlum olub.

Ona görə də nazirlik xəbərdarlığ­a əməl etməyən­ şad­lıq sarayları və ­res­toranların cərimələ­n­məsinə başlayıb.

Nazirliyin sözçüsü İradə İbrahimova bildirib ki, may ayında restoran sahiblərinə müasir standar­tl­ara ­uyğun təmizlə­yic­i qurğuların quraşdırılması üçün sentyabrın 1-ə qədər vaxt verilib. Ancaq əksər restoran sahibi bu göstərişə əməl etməyib.

Bəzi restoran sahibləri açıqlama verməkdən boyun qaçırıblar.

Digər restorandan isə bildirilib ki, artıq təmizləyici qurğuların quraşdırılması istiqamətində müvafiq şirkətlərlə danışıqlar aparılıb.

Bakı Şəhər icra Hakimiyyətinin əməkdaşı Bayram Həsənov bildirib ki, Binəqədi rayonu ərazisində cəmi 3 restoran sahibi restoranına təmizləyici qurğu quraşdırıb.

Nazirliyin departament direktoru Ramal Bağırov isə qeyd edib ki, restoranların havaya buraxdığı zəhərli tüstünün mütəmadi olaraq atmosferə vurduğu ziyan yoxlanılacaq. Ölçmənin cavab­ları laboratoriyaya ­göndəriləcək, nəticəy­ə uyğun olaraq restor­anla­r 4 min manata qədər cərimə edilə bilər.

Qeyd edək ki, belə reydlər mütəmadi olaraq davam etdiriləcək.\\Xezerxeber.az

 





Ana səhifəyə qayıt        Baxış: 232          Tarix: 8-09-2018, 22:17      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent