Xəbər lenti

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni sözçü təyin olunub.

“Report” xəbər verir ki, UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsi jurnalist Cavid Xəlilova tapşırılıb. Xatırladaq ki, C.Xəlilov bundan əvvəl Səhiyyə Nazirliyində mətbuat xidmətinin əməkdaşı, “Exo” qəzetinin müxbiri olub. Qeyd edək ki, indiyədək UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsinə Vüsalə Məmmədova rəhbərlik edib.

 




Ana səhifəyə qayıt        Baxış: 507          Tarix: 10-09-2018, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma