Xəbər lenti

Nazirlər Kabineti 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişikliklər edib.

Strateq.az Nazirlər Kabinetinə istinadən bildirir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar verib.

Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nın “Komissiyanın sədri” bölməsində “Abid Şərifov” sözləri “Hacıbala Abutalıbov” sözləri ilə və “Komissiyanın üzvləri” bölməsində “Ceyhun Bayramov” sözləri “Firudin Qurbanov” sözləri ilə əvəz edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 399          Tarix: 6-10-2018, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma