Xəbər lenti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Göyçay rayonu ərazisində reyd keçirib.

Strateq.az ETSN-ə istinadən bildirir ki, reyd zamanı Göyçay rayonu ərazisində yeşik hazırlanan sexlərdə icazəsiz yolla əldə edilmiş ümumilikdə 9,0 kub metr həcmində fısdıq cinsli meşə materialı aşkar edilib:“Faktlarla bağlı sexlərin sahibləri Əfqan Rəhimov, Anar Qafurov və Vüqar Zülfüqarov barəsində akt tərtib olunub və ümumilikdə onlara meşə fonduna dəyən 1278 manat məbləğində ziyan tətbiq edilib”.

 




Ana səhifəyə qayıt        Baxış: 533          Tarix: 18-10-2018, 16:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma